ilanı Seyid Əhməd əli ilə tutmaq

to pull someone’s chestnuts out of the fire / to make others do the dirty work for one / to make someone pull the chestnuts out of the fire for one / to use the cat’s paw / to make a cat’s paw of other people таскать каштаны из огня для кого-либо / чужими руками жар загребать (делать за кого-то трудную работу)
ilanı özgə əli ilə tutmaq
ilanın ağına da lənət, qarasına da
OBASTAN VİKİ
Məcid Seyid Əhməd
Məcid Seyid Əhməd (ərəb. ماجد السيد أحمد‎; Suriya) — Suriya Silahlı Qüvvələrindən Azad Suriya Ordusuna fərarilik edən polkovnik-leytenant. Cənub Cəbhəsi üzrə Əməliyyat Administrasiyasının rəhbəri vəzifəsini daşıyır və eyni zamanda Quta Komandolar Briqadasının başçısıdır. O, hal-hazırkı vəzifəsinə 2012-ci ilin dekabrında Türkiyədə keçirilən bir konfrans zamanı seçilmişdir.
Seyid Əhməd Arvasi
Seyid Əhməd Arvasi (15 fevral 1932 – 31 dekabr 1988)—türk sosiloqu, etnoqrafı, pedaqoqu və yazıçısı. Seyid Əhməd Arvasi 1932-ci ildə Ağrının Doğubeyazıt mahalında doğulub. Ailə tərəfindən Vanın Baxçasaray (Müküs) qəsəbəsinə bağlı Doğanyayla (Arvas) kəndindəndir Mühitlərində bu kəndin adına görə "Arvasilər" kimi tanınıblar. Soyadı qanunu çıxdıqdan sonra kəndlərinin adı soyadları oldu. Atası Abdülhakim Arvasidir. 1952-ci ildə Ərzurum Müəllim məktəbindən məzun olub. Bir müddət ibtidai məktəb müəllimliyi etdi. 1958-ci ildə Qazi Təhsil İnstitutu Pedaqogika fakültəsindən məzun olub. Balıkesir və İstanbuldakı Təhsil İnstitutlarında müəllimlik edib. 1979-cu ildə təqaüdə çıxıb.
Seyid Əhməd Kəsrəvi
Əhməd Kəsrəvi (fars. احمد کسروی‎) — İran tarixçisi, publisisti və hüquqşünası. Əhməd Kəsrəvi 29 sentyabr 1890-cı ildə Təbriz şəhərinin Hökmava məhəlləsində anadan olmuşdur. Milliyyətcə azərbaycanlı idi. Müasir Azərbaycan tarixinə dair dəyərli əsərlərin müəllifi olmasına baxmayaraq Əhməd Kəsrəvi Azərbaycanlıların ari irqinə mənsub olduqlarını sübut etməyə çalışmışdı. 3 cildlik "Tarixe-məşruteye-İran" ("İran məşrutə tarixi") kitabında 1905–1911-ci illər İran inqilabının tarixi tədqiq olunur. "Şəhriyarane-gomnan" ("Naməlum hökmdarlar"), "Azəri, ya zəbane-bastane-Azərbaycan" ("Azəri, yaxud Azərbaycanın qədim dili") və başqa əsərləri vardır. O, əsərlərində Azərbaycana xüsusi yer ayırsa da, məsələlərin izahında İran millətçiliyi mövqeyindən çıxış etmiş, İranda yaşayan azərbaycanlıların farslaşdırılması kimi mürtəce ideya irəli sürmüşdür. Əhməd Kəsrəvi 1921-ci ildə "Azəri ya Zəban Bastane Azərbaycan" adlı əsərini nəşr etdirmişdi. Müəllif bu əsərində azərbaycanlıların türk yox, azəri adlı ayrı bir millət olduqları fikrini irəli sürmüşdür.
Seyid Əhməd Orlat
Seyid Əhməd yanvar 1399-cu il tarixdə atası Seyid Əlinin Alıncaq qalası yaxınlığında baş vermiş döyüşdə öldürülməsindən sonra hakimiyyətə gəlmişdir. 1399-cu ilin son aylarında Əmir Teymur öz ordusu ilə Qarabağda qışlayarkən, Seyid Əhməd Şirvana – Şirvanşah Şeyx İbrahimin yanına getmiş və ondan Əmir Teymurun Şəkiyə gözlənilən hücumunun qarşısının alınmasında və Əmir Teymurla münasibətlərinin yaxşılaşdırılmasıda yardımçı olmasını xahiş etmişdir. Şirvanşah Şeyx İbrahim Seyid Əhəmdi Qarabağa – Əmir Teymurun yanına aparmış və nəticədə Əmir Teymur tərəfindən "atasının (Seyid Əli Orlatın) mənsəb və məqamı ona əta edil"mişdir. Hicri 802-ci ilin qışında (noyabr 1399 –fevral 1400) Əmir Teymur Qarabağda qışlayan ordusunun 30%-ni götürüb Ağ su dərəsinə – Əmir Xəmşanın üzərinə, ilğar (çevik hüçum) edərkən Kür çayını keçdikdə Şirvanşah Şeyx İbrahim və Şəki hökmdarı Seyid Əhməd də oz qoşunları ilə bu ilğara qoşulmuşlar. Aydın Məmmədov.
Seyid Əhməd Paşa
Seyid Əhməd Paşa (ö. 1799) — I Əbdülhəmid və III Səlim səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. Doğum tarixi bilinməsə də, Ədirnədə dünyaya gəldiyi məlumdur. Atası Anadolu bəylərbəyliyinə qədər yüksələn Kürəkən Süleyman Paşadır. Atası ölümündən bir neçə ay öncə Sultan Əhmədin qızlarından Zübeydə Sultanla evlənmiş, bu səbəblə uşaqlığından bəri saraya yaxın olmuşdur. Əndərunda təhsil aldıqdan sonra saraya alındı və baş qapıçılığa qədər yüksəldi. Ardından 1780-ci ildə Bozox, 1781-ci ilin iyulunda Moreya, 1782-ci ilin sentyabrında isə vəzir rütbəsiylə Krit sancaqbəyliyinə təyin edildi. Bu vəzifədə ikən 29 aprel 1784-cü ildə Sultan Mustafanın qızlarından Xədicə Sultanla nişanlandı və həmin ilin iyununda Anadolu bəylərbəyi oldu. Cütlüyün toy mərasimi isə 1787-ci ilin oktyabrında baş tutdu. Bu nikahdan paşanın övladı olmadı.
Seyid Əhməd Xan
Seyyid Əhməd Xan(ing. Syed Ahmad Khan; urdu سید احمد خان; 17 oktyabr 1817[…], Dehli, Böyük Moğol imperiyası – 27 mart 1898[…]) — Böyük İslam islahatçısı, yazıçı. Seyyid Əhməd Xan və ya Ser Əhməd 17 oktyabr 1817-ci ildə Hindistanda, Dehli şəhərində anadan olmuşdur. Atasının ölümündən sonra təhsilini yarımçıq qoyan Əhməd Xan ailəsinin maddi cəhətdən vəziyyətinin ağır olmasına görə işləməyə başlayır. Yaradıcılığına 23 yaşından başlayan Əhməd Xan ilk olaraq dini məsələlərlə bağlı məqalələr yazmağa başlayır. 1847-ci ildə "Asarus-Sənadidə" adlı kitabı çıxır və 1857-ci ildə ingilislərin Hindistanı işğalı zamanı İngilisləri dəstəklədiyi üçün İngiltərə dövlətinin marağını özünə cəlb edir. 1869–1870-ci illərdə İngiltərəyə gedərək həmin dövlətin kəşfiyyatı ilə sıx əlaqə yaradır və Hindistana geri qayıdarkən "Muslim Cambridge" təşkilatını yaratmağı planlaşdırır. Ölkəsinə qayıdarkən bu təşkilatı yaradır və "Təhzibul-Əxlaq" adında qəzet nəşr etməyə başlayır. İngiltərə Mərkəzi kəşfiyatının dəstəyi ilə fəaliyyətə başlayan Əhməd Xan ilk olaraq İslam dininin ən mühüm mənbələrindən hədis məfhumunu müxtəlif şübhələr və bəhanələrlə inkar etməyə başlayır və müsəlmanlar arasında bu fikrin yayılmasında bir sıra cəhdlər edir. İlk olaraq "Ət-Təfsirul-Aqliyyə" əsərini yazaraq QURANİ-KƏRİM hədislərə istinad etmədən təfsir etdiyini iddia edir.
Qumluq ilanı
Qumluq ilanı (lat. Psammophis) — Suilanıkimilər fəsiləsindən ilan cinsi.
Mir Seyid Əli
Mir Seyid Mir Müsəvvir oğlu Əli (XVI əsrin əvvəlləri—?) — mənşəcə Azərbaycan türklərindən olan miniatürçü rəssam. Londonda Britaniya muzeyində Nizami "Xəmsə"sinin unikal bir əlyazması saxlanılır. Həmin əlyazma 1539-1543-cü illərdə şah Təhmasibin sarayı nəzdində fəaliyyət göstərmiş kitabxanada işlənmişdir. Mütəxəssislər həmin nüsxəni bütün dövrlərin və xalqların ən kamil bədii əlyazması, Şərqin kitab incəsənətinin ən qiymətli incisi hesab edirlər. Əlyazmanın titul səhifələri incə naxışlarla zəngindir, səhifələri kənarlarında qızıl suyu ilə işlənmiş siluet təsvirləri çəkilmişdir. Əlyazmaya daxil edilmiş iri formatlı on dörd miniatür XVI əsrin ən görkəmli rəssamları tərəfindən işlənmişdir. Həmin rəssamlar Sultan Məhəmməd, Ağa Mirək Mirzə Qiyas, Mir Müsəvvir, Mirzə-Əli, Mir Seyid Əli və Müzəffər Əlidirlər. Əlyazmanın səhifələrindən birində əsərin üzünü köçürən rəssam Şah Mahmud Nişapurinin belə bir qeydi indiyə qədər heç kəsdə şübhə doğurmur: "Ruzigarın gözü belə şey görməmişdir". Əlyazma nüsxəsindəki ən gözəl miniatürlərdən biri, "Məcnun Leylinin çadırı yanında" əsəri Sultan Məhəmməd məktəbinin layiqli davamçısı Mir Seyid Əlinin fırçasından çıxmışdır. Bu böyük rəssamın dünyanın digər muzeylərində saxlanan "Leylinin elçiliyi", "Musiqi məclisi", "Bəhram Gur və çoban" miniatürləri də yüksək ustalıqla işlənilmişdir.
Seyid Əli Məhəmməd
Bab və ya əsil adı ilə Seyid Əli Məhəmməd Şirazi — Babilər hərəkatının rəhbəri və Bəhai dininin iki peyğəmbərindən ilkidir. 1844-cü il mayın 23-də İranın Şiraz şəhərində Seyid Əli Məhəmməd vəd olunmuş Mehdi olduğunu elan edərək özünü "Bab" (ərəbcə "qapı" deməkdir) adlandırır. Bildirir ki, onun əsas məqsədi insanları müqəddəs kitabların vəd etdiyi Allahın tezliklə zühur etdirəcəyi kəsi qəbul etməyə hazırlamaqdır. Demək olar ki, bütün yazılarında "Allahın zahir edəcəyi Kəs"dən (Bəhaullah) danışmış, özündən sonra mütləq o kəsin zühur edəcəyini müjdələmişdir. Bununla belə, Babın mənəvi dirçəlişə, xurafatdan, mövhumatdan uzaqlaşmağa, bərabərlik, ədalət, qadınları əsarətdən azad etmək çağırışları bütün Yaxın və Orta Şərqi lərzəyə gətirmiş babilər hərəkatına səbəb olur. Seyid Əli Məhəmməd Şirazi 20 oktyabr 1819-cu ildə Şirazda, orta təbəqəli əhali arasında doğulmuşdur. O hələ azyaşlı ikən atası vəfat etmişdir və bir tacir olan dayısı Hacı Mirzə Seyid Əli onu himayəsinə götürmüşdür. O hər iki valideyninin xətti ilə Məhəmməd peyğəmbərin nəslindən, Hüseyn ibn Əlinin övladlarından idi. Şirazda dayısı 6 və ya 7 il ərzində məktəbə göndərir. Təxminən 15-20 yaşları arasında o dayısının ticarət işlərinə qatılır və İranın cənubunda, Fars körfəzi yaxınlığıdakı Buşehr şəhərində tacir olaraq fəaliyyət göstərir.
Seyid Əli Orlat
Seyid Əli Orlat (? — 1399-cu il) — XV əsrin 4-cü rübündə hakimiyyətdə olmuş Şəki hökmdarı. Şəki-Kaxetiya hökmdarı II Axsartandan (1104) və 1017-ci ildə Kiş qalasının müdafiəsinə başçılıq etmiş Asat və Şot qardaşlarından sonra tarixi mənbələrdə adı çəkilən ilk Şəki hökmdarıdır. Əgər adında daşıdığı "seyid" titulu onun Məhəmməd peyğəmbərin nəslindən olmasını göstərirsə, adına əlavə edilən "orlat" kəlməsi onun monqol mənşəli orlat tayfasından çıxmasını bildirməkdədir. Tarixi mənbələrdə Seyid Əli Orlatın adına ilk dəfə 1393-cü ilin sentyabr ayında baş verən hadisələrin təsvirində təsadüf edilir. Göstərilir ki həmin vaxt o, Şəkiyə hücum edən teymurilərin qarşısında duruş gətirə bilməmiş, iqamətgahını tərk edərək dağlara qaçmışdır. Ehtimal var ki, bundan sonra Seyid Əli ilə teymurilər arasındakı münasibətlər bir müddət yaxşı olmiş, lakin Əmir Teymurun oğlu Miranşah (Əmiranşah) tərəfindən Şəkiyə cəza dəstəsinin göndərilməsi və Şəkini talan etdirməsi nəticəsində yenidən pisləşmiş, daha sonra Seyid Əli intiqam üçün gürcülərlə birlikdə, teymurilərin mühasirəndə olan Alıncaq (Əlincə) qalasının müdafiəçilərinə kömək üçün Naxçıvana müvəffəqiyyətli yürüş etmiş, lakin geri dönərkən, Alıncaq qalası yaxınlığında baş vermiş toqquşma zamanı - 1399-cu ilin yanvar ayında, Miranşahın oğlu Əbubəkr mirzə ilə təkbətək döyüşdə rəqibinin atdığı oxun boynuna sancılması nəticəsində həlak olmuşdur. XIV əsrin 70-ci illərində Orta Asiyada – Cağatay ulusunun qərb hissəsində, hakimiyyəti ələ keçirən Əmir Teymur, ömrünün sonuna qədər yalnız baş əmir olsa da, əslində, tarix səhnəsində yeni bir imperiyanın bünövrəsini qoymuş oldu. O, 1384-cı ildə ilk İran yürüşünü edir və Zəncana qədər irəliləyir. Lakin tezliklə geri dönür və bir ildən sonra ikinci İran yürüşünə başlayır.
Seyid Əli Sistani
Əli Sistani (tam adı:Seyid Əli Hüseyni Sistani; d. 4 avqust 1930, Məşhəd, İran) — Mərkəzi Nəcəfdə olan "Alul-Bayt" elmi müəssisəsinin rəhbəri, Ayətullah əl-üzma. Hal-hazırda İraqın Nəcəf şəhərində yaşayır. 2014-cü il Nobel Sülh mükafatına namizəd göstərilmişdir. Əli Sistani 4 avqust 1930-cu ildə İranın Məşhəd şəhərinin yaxınlığında dünyaya gəlmişdir.Anası Seyid Rza Mehrabaninin qızı (Mehraban şəhəri). İbtidai və orta təhsilini Məşhəddə o dövrün məşhur alimlərindən alır. Ali dərəcədə Üsul, Fiqh, Əqli elmlər və ilahiyyat elmlərini o dövrün məşhur alimi Mühəqqiq Mirzə Mehdi İsfahani və d. alır. 1948/1949-cu illərdə təhsilini artırmaq üçün Qum şəhərinə köçür. Burada o, o dövrün məşhur alimlərindən Ayətullah əl-Üzma Seyid Hüseyn Burucərdi və b.
Seyid Əli Çabuk
Seyid Əli Çabuk və ya Seyid Əli Onbaşı (iyul 1889 – 1939, Balıkəsir) — Birinci Dünya müharibəsi zamanı Çanaqqala döyüşündə əfsanəvi qəhrəmanlıq göstərmiş türk əsgər. Seyid Əli Çabuk 1889-cu ildə Balıkəsirin Havran ilçəsinin Çamlıq (Manastır) kəndində Əbdürrəhman və Əminənin ailəsində dünyaya gəlmişdir. 1909-cu ildə Seyid Əli Osmanlı ordusuna qoşulmuş və Balkan müharibələrində (1912–1913) vuruşmuşdur. Savaşdan sonra Dardanel (Çanaqqala) boğazının girişi müdafiə edən qarnizona köçürülmüşdür. Osmanlı imperiyasının Birinci Dünya müharibəsinə qoşulmasından sonra Qara dəniz boğazlarının qorunması türklər üçün prioritet məsələyə çevrilmişdir. Boğazlara tərəf hərəkət edən böyük ingilis-fransız donanmasının əsas hücumu isə təyin olunduğu kimi 18 mart 1915-ci ildə başladı. Döyüş zamanı sıravi Seyid Çabuk Rumeli Məcidiyə fortunda sahil artilleriyasında xidmət edirdi. Müttəfiq donanmasının hücumu nəticəsində müdafiə qalaları dəhşətli atəşə məruz qaldı. Rumeli Məcidiyədəki top işlək vəziyyətda olsa da, ağır artilleriya mərmilərini qaldıran mexanizm zədələnmişdi. Belə olan halda, Seyid hər biri təxminən 275 kq ağırlığında olan 3 ədəd 240 mm-lik mərmini topa qaldırdı və türk artilleriyası atəşi davam etdirdi.
Əl-ələ tutmaq
Əl-ələ tutmaq — bir çox mədəniyyətlərdə iki insan arasında mövcud olan məhəbbət ifadəsinin məşhur formasıdır. Əl-ələ tutmaq çox vaxt romantik cütlüklər arasında fiziki yaxınlığın ilk ictimai nümayişidir. Tərəfdaşlar arasında qarşılıqlı əlaqə sevginin ifadələrindən biridir. Əl-ələ tutmağın mənası və qəbulu ictimai yerlərdən və mədəniyyətdən asılı olaraq dəyişə bilər. Əl-ələ tutmaq salamlaşma ritualından, əl sıxmaqdan fərqləndirilir. 1960-cı illərə qədər Qərb mədəniyyətində ictimaiyyətdə əl-ələ tutmaq böyük ölçüdə qəbul edilmirdi, lakin sonrakı onilliklərdə bu tendensiya dəyişmişdir. 2002-ci ildə 20 ölkədən 6600 qadın və kişinin ictimai yerlərdə sekslə bağlı fikirlərini tədqiq edən Cora Romance Reporta görə, respondentlərin 78 faizi ictimai yerlərdə öpüşün və əl-ələ tutmağın geniş şəkildə qəbul edildiyini bildirmişdirlər. Yaşlılar arasında belə, əl-ələ tutmaq qəbuledilən sevgi əlaməti hesab olunur. "Lenz" jurnalının sifarişi ilə keçirilən sorğuya əsasən, sorğuda iştirak edən yaşlıların 65 faizi ictimai yerlərdə əl-ələ tutmağı məhəbbət ifadəsinin icazəli forması hesab etmişdirlər. Ərəb ölkələrində, Şimali Afrikada, Asiyanın bəzi regionlarında, bəzi Aralıq dənizi və Cənubi Avropa mədəniyyətlərində (xüsusilə Siciliyada) ənənəvi olaraq kişilər də dostluq və hörmət əlaməti olaraq əl-ələ tuturlar.
Abiy Əhməd Əli
Abiy Əhməd Əli (Ge'ez: ዐቢይ አህመድ አሊ; 15 avqust 1976) — 2 aprel 2018 tarixindən etibarən Efiopiyanın 10-cu Baş naziri və Efiopiya Federal Demokratik Respublikasının 4-cü Baş naziri olaraq xidmət edən bir Efiopiyalı siyasətçidir. Oromo Demokratik Partiyasından olan Efiopiya Xalq İnqilabçı Demokratik Cəbhəsinin ilk Oromo sədridir. EPRDF-nin dörd koalisiya partiyasından biridir. Abiy eyni zamanda Efiopiya parlamentinin seçilmiş üzvü və ODP və EPRDF icra komitələrinin üzvüdür. Keçmiş bir ordu kəşfiyyatçısı, Baş nazir olduqdan bəri geniş siyasi və iqtisadi islahatlar proqramına başlamış və Cənubi Sudan, Eritreya'daki sülh sazişləri və Sudan Respublikasında keçid razılaşması işləmişdir. Abiy, Efiopiya ilə Eritreya arasındakı 20 illik müharibədən sonrakı ərazi böhranını bitirməkdəki işinə görə 2019 Nobel sülh mükafatı layiq görüldü. 2021-ci ilin oktyabr ayında Abiy Əhməd ikinci 5 illik müddətə rəsmən and içdi.
Elman Əli Əhməd
Elman Əli Əhməd (somali. Cilmi Cali Axmed, ərəb. علم علي أحمد‎; Moqadişo – 9 mart 1996, Moqadişo) — somalili sahibkar və ictimai fəal. Somalidə anadan olmuşdur. 9 mart 1996-cı ildə Moqadişoda vəfat etmişdir. 1993-cü ildə onun tərəfindən "Elman" FK yaradılmışdır. Fartuun Adan ilə evli idi. Bu evlilikdən onların Almas, İlvad və İman adlı övladları olmuşdur.
Əli ibn Əhməd
Əli ibn Əhməd (ərəb. علي بن أحمد‎) — təqribən 943–949-cu illərdə hakimiyyətdə olmuş Krit əmiri. Krit əmirliyinin tarixi və hökmdarları haqqında qorunub-saxlanılmış qeydlər çox fraqmentlidir. O, şərti olaraq yeddinci əmir Əhməd ibn Ömərin oğlu, Kritin fatehinin və əmirliyin banisi Ömər Əbu Həfsin nəvəsi kimi tanınır. Onun qardaşı Şüeybdən sonra hakimiyyətə gəldiyi, 943-cü ildən təxminən 949-cu ilə qədər padşahlıq etdiyi güman edilir. Ondan sonra taxta Şüeybin oğlu Əbdüləziz keçmişdir. Əli ibn Əhmədin Bizansın 949-cu ildə Kritə qarşı genişmiqyaslı dəniz ekspedisiyası zamanı hakimiyyətdə olduğu güman edilir. Hər halda, bizanslıların hücumu saratinlər tərəfindən dəf edilmişdir. Canard, M. (1971). "Iḳrīṭis̲h̲".
Ağa Seyid Əli Təbrizi
Ağa Seyid Əli Təbrizi "Qanun əl-Əlac" ("Müalicənin qanunları"), "Zadül-Müsafirin" ("Səyahətə çıxanlar üçün məsləhətlər"), "Risaleyi-Cizri" ("Dərmanlar haqqında risalə") əsərlərinin müəllifidir.
Seyid Mirzə Əli Təbrizi
Seyid Mirzə Əli Təbrizi (1866–1946)—İslam alimi. Əllamə Seyid Mirzə Əli Qazi 1285-ci il (h. q.) zilhəccə ayının 13-ndə Təbriz şəhərində, elm və mərifət nuru ilə dolu bir ailədə dünyaya göz açdı. Atası Mirzə Hüseyn Qazi elm və mərifət əhli idi. Mirzə Şirazinin tələbəsi olmuş Mirzə Hüseyn Qazi "Nəml və Ənam" surələrinə təfsir yazmışdır. Təbrizə gedərkən mərhum Mirzə Şirazi onunla sağollaşıb dedi: "İndi ki, gedirsən, heç olmasa gün ərzində özünə bir saat vaxt ayır". Bir müddətdən sonra Mirzə Şirazi başqalarından onun haqqında soruşanda dedilər: "Hacı, sənin dediyin o bir saat iyirmi dörd saata çatıb. Mirzə Hüseyni həmişə "müraqibə" (Özündən muğayatolma) halındadır". O, 1314-cü ildə (h.q.) fani dünya ilə vidalaşmışdır. Əllamə Qazi elm və maarifi atasının və digər böyük ustadların yanında öyrənmişdir.
Seyid Əli Mir Qılınc
Seyid Əli Möhsun oğlu (ərəb. علی‌بن‌محسن, میرقلنج)‎ Mir Qılınca məşhur olan, Mərənd mahalında yerləşən Yekan Kəhriz kəndinin Səfəvilər dövründə yaşamış, orada Mir Qılınc Baba adlı türbənin sahibi seyid. Mir Qılınc Seyid Həsən Babanın soyundadndır və Mərəndin Yekan Kəhriz kəndində dəfn olunmuşdur Mir Qılınc o, kəndin seyidlər və əşraflarındanidi və orada məşhur türbəsi vardır. Seyid Əlinin yaşamına görə indiyədək sənədli və mötəbər mənbələrdə heç bir söz tapılmayıb. Amma camaat içində onu Mir Qılınc adıyla tanıyıb və yad edirlər. onun qəbir daşı üzərində belə yazılıb: Farsca: {{{1}}} مقبره سید جلیل‌القدر مشهور و معروف به مرحوم میر قلنج که در زمان عهد صفویه وفات نموده در این مکان مقبره قدیمی داشت اهالی یکانات مخصوصا مردم یکان کهریز با مشاهده کرامات عدیده با اهدا نذورات و با همت اشخاص نیکوکار و خیر و با مباشرت چند نفر ریش سفید و معتمد در مورخه 62/1/1 شمسی اقدام به تجدید‌البنا و مقبره نوساز و جدیدالاحداث نمودند. Azərbaycan dili: Səfəviyyə dövründə vəfat etmiş Mir Qılınca məşhur olan böyük məqamlı seyidin türbəsi. bu yerdə əski bir türbə varidi ki Yekanat və xüsusilə Yakan Kəhriz əhalisi çoxlu möcüzələri görərək nəzirlər verərək və xeyrsevər insanlar və neçə ağ saqqal və mötəmidin məşvərətiylə 62.1.1 şəmsi ilində bu binanı yenidən düzəldib və türbəni yeniləmişlər. Mir qılınc Türk əmirlər və döyüş başçıları arasında bir ləqəb və rütbəimiş. Qılınc xan qədim xaqanlar arasında böyük əmir, başçı və sultana deyilirdi.
Seyid Əli Musəvi Nur
Seyid Əli Musəvi Nur (16 mart 2004-cü ildə Ramhormoz şəhərində anadan olub) İranın Xuzistan əyalətinin Ramhormoz şəhərindən olan karateçidir . Seyid Əli Musəvi Nur müxtəlif rütbələrdə İran millisinin üzvüdür. O, 2021-ci ildə Almatıda keçirilən karate üzrə Asiya çempionatında qızıl medal qazanıb. Dünya Karate Federasiyasının reytinqində 70 kq çəki ilə 3-cü yerdədir. Seyid Əli Musəvi Nur Mehdi Cəfəri, Mehdi Əhmədi, Reza Maydanaro, Qasem Asiyabri, Nəriman Zamani, Məhəmməd Hadi Məhəmmədi kimi məşhur məşqçilərin nəzarəti altında müxtəlif rütbələrdə karate üzrə milli komandaların üzvü olub. 12 yaşında karate ilə məşğul olub və əsas yaş qruplarında müxtəlif çempionluq titulları qazandıqdan sonra 2017-ci ildə milli komandanın üzvü olub və hazırda İran İslam Respublikasının karate komandasının milli çempionu və dünyanın ən qürurlu karateçiləri. 2016-cı ildə məşqçi Ramhormzi Hossein Ayouzinin nəzarəti altında Abadis Club-da karate ilə məşğul olmağa başladı və ilk rəsmi medalını 2022-ci ildə Zəncan vilayətində milli komandanın milli çempionatında qazandı. Dünya Karate Federasiyasının açıqladığı son reytinqdə Seyid Əli Musəvi Nur 70 kq çəki dərəcəsində 3-cü yerdədir. Onun şərəflərindən biri 2021-ci ildə karate üzrə Asiya çempionatında 1 qızıl medal qazanmasıdır.
Seyid Əli İmadəddin Nəsimi
İmadəddin Nəsimi (tam adı: Şeyx Əli ibn Seyid Məhəmməd İmadəddin Nəsimi) 1369, Şamaxı, Təbriz, Bağdad, Hələb, Şiraz və ya Diyarbəkir – 1419, Hələb) — Azərbaycan şairi, mütəfəkkir. "İmadəddin Nəsimi" adı ilə məşhurdur. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə İmadəddin Nəsimi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Nəsiminin həyatı haqqında çox geniş məlumat mövcud deyil. Mənbələrin əksəriyyəti onun adını İmadəddin kimi göstərir, ancaq Nəsiminin əsl adının Əli və Ömər olduğunu qeyd edən mənbələr də vardır. Bir çox tədqiqatçılar onun Şamaxıda, başqaları isə Bursada,Urmiyada, Təbrizdə, Bakıda, Diyarbəkirdə və hətta Şirazda anadan olduğunu iddia edirlər. Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şeirlər yazdığı və hazırda bu adla tanınan qədim qəbiristanlıqda basdırıldığı məlumdur.
Seyid Əli Musəvinin ölümü
Seyid Əli Musəvinin ölümü — əslən İran azərbaycanlısı və 2009-cu il prezidentlik seçkilərində əsas namizədlərdən olan Mir Hüseyn Musəvinin qardaşı oğlu olan Seyid Əli Musəvinin 27 dekabr 2009-cu ildə öldürülməsi nəzərdə tutulur. 2009-cu ildə keçirilmiş prezidentlik seçkilərində əsas mübarizə Mahmud Əhmədinejad ilə əslən təbrizli və azərbaycanlı olan Mir Hüseyn Musəvi arasında gedirdi. Seçkilərdə Mahmud Əhmədinejadın qələbə qazanmasının elan edilməsindən sonra kütləvi etirazlar başladı. Etirazçılar seçkilərdə saxtalaşdırmanın edildiyini iddia edirdilər və bunu sübut edəcək dəlillərə sahib idilər. Bu etirazlara qatılan Seyid Əli Musəvinin təhlükəsizlik qüvvələri tərəfindən ya kürəyindən, ya da sinəsindən vurulduğu bildirilir. "ABC News"-un bildirdiyinə görə, Musəvi güllələnməzdən əvvəl onu maşın da vurmuşdur. "France 24"-ün xəbərinə görə, islahatçı xəbər saytı olan "Parlemannews" iddia etmişdir ki, Musəvi sinəsindən vurulduqdan sonra xəstəxanada vəfat etmişdir. "Times" isə iddia etmişdir ki, Musəvi xəstəxanaya çatmamış yolda keçinmişdir. İranlı kinorejissor və Mir Hüseyn Musəvinin seçki kompaniyasının xaricdəki rəsmi nümayəndəsi Muhsin Mahmelbaf "BBC"-ə bildirmişdir ki, İranın gizli polisi Musəvinin öldürülməsindən günlər əvvəldən etibarən ona zənglər etmiş və "biz səni öldürəcəyik" demişdir. Onun ölümündən sonra bədəni xaricində etirazlar gedən İ"bn Sina" xəstəxanasına aparılmışdır.
Adi pişik ilanı
Adi pişik ilanı (lat. Telescopus fallax) — Suilanıkimilər fəsiləsinə aid növ. Bədəninin uzunluğu 60–70 sm, maksimal uzunluğu — 100 sm-dir. Bədəninin aşağı nahiyəsi ağ rəngdə olur. Əsasən daşlı yaylıqlarda, otluqlar və kolluqlarda, yarımsəhrada və dağ meşələrində yayılır. Onlara 1700–1800 metr yüksəkliklərdə belə rast gəlinir. Onlar gecə və gündüz radələlərində aktiv olur. İsti yay ayları isə ancaq gecə saatları aktiv olur. Ağaclara və ev damlarına rahat çıxa bilirlər. Əsasən kərtənkələlər, gəmiricilər və quşlarla qidalanırlar.
Damalı su ilanı
Damalı suilanı (lat. Natrix tessellata) — Suilanıkimilər fəsiləsinə aid ilan növü. Adi suilanına nisbətən (lat. Natrix natrix), damalı su ilanları narıncı-sarı damalar yoxdur. Bəzən bu növə daxil olan Zeytunu rəngli və ya bütünlüklə qara rəngdə olan ilanlara rast gəlinir. Damalı suilanı bəzi hallarda 1,6 m olur. Əsasən isə 1–1,3 m uzunluğa malik olurlar. Bədənin mərkəzində 19 pulcuq olur. Damalı suilanı su ilə əlaqədardır. Onlar əsasən balıqlarla qidalanırlar.
Gecə ilanı (personaj)
Gecə ilanı (ing. Nightcrawler) — Marvel Comics tərəfindən yaradılmış və əsasən İks-adamlarla bağlı olan xəyali super qəhrəman. Yazıçı Len Ueyn və rəssam Deyv Kokram tərəfindən yaradılan personaj ilk dəfə 1975-ci ildə nəşr olunmuş "Böyük ölçülü İks-adamlar" komiksinin 1-ci buraxılışında peyda olmuşdur. Gecə ilanı qeyri-insani güclərlə dünyaya gələn xəyali mutantlardan biridir. O, yüksək səviyyədə cəldliyə, teleportasiya qabiliyyətinə, yapışqan əl və ayaqlara malikdir. Gecə ilanı fiziki mutasiyasında yer alan indiqo rəngli məxməri xəzi sayəsində kölgəyə qarışaraq, görünməz hal ala bilir. Onun eyni zamanda iki barmaqlı ayaqları, üç barmaqlı əlləri, sarı gözləri və oxabənzər quyruğu var. Gecə ilanı ilkin komikslərdə əsasən şən, zarafatcıl, sataşqan və qılıncoynatma həvəskarı kimi göstərilmişdir. O dindar katolikdir və öz inancını dəfələrlə müxtəlif komiks və filmlərdə dilə gətirmişdir. Personaj yaradılışından bəri Marvelin komiks və video oyunlarında davamlı olaraq yer almışdır.

Значение слова в других словарях